Qax rayonunda 31 yaşlı kişinin asılmış meyiti tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun İlisu kəndində qeydə alınıb.
Sabirabad rayonunun Türkəndi kənd sakini, həvəskar idmançı Təriqət Mürsəlovun meyiti çayın kənarındakı alça ağacından asılmış vəziyyətdə aşkarlanıb.
Onun Qaxa istirahət üçün getdiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər