Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi - Yenilənib

qaxda-7-nefer-gobelekden-zeherlendi
Oxunma sayı: 501

Qaxda 7 nəfər qidadan zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.

TƏBİB-dən verilən məlumata görə, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər (qadın, kişi) ambulator müalicə üçün evə buraxılıb,

5 nəfər isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə təxliyə edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, onların göbələkdən zəhərləndiyi etimal olunur.

***

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Qax rayonunda baş vermiş qida zəhərlənməsi faktı araşdırılıb:

“İlkin  məlumata əsasən, zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində baş verdiyi müəyyən edilib.

Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bir daha əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyən edilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələklərin toplanılmasından və istehlakından çəkinməyə çağırır”.

Mübariz Muradov