Qaxda bıçaqlanma - Hər iki tərəf xəsarət aldı

qaxda-bicaqlanma
Oxunma sayı: 433

Qaxda 18 yaşlı gənc bıçaqlanıb.

“Qafqazinfo” nun məlumatına görə bu gün saat 19 radələrində Qax şəhərində 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı 18 yaşlı Rəvan Qadaşovu kəsici alətlə yaralayıb.

R.Qadaşov isə boşqabla A.Abdurəhmanova xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Tərəflərin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub.

Mübariz Muradov