Qazaxda ağır qəza - 2-si azyaşlı olmaqla 3 nəfər öldü+Yenilənib

qazaxda-agir-qeza
Oxunma sayı: 717

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində  qeydə alınıb.

Belə ki, “Tofaş” və “Opel” markalı maşınların toqquşması zamanı ilə  3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

***

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Sənan Dərgahquliyev, onun qızı 2018-ci il təvəllüdlü G.Dərgahquliyeva və bacısı oğlu 2018-ci il təvəllüdlü M.Mehtili həlak olub.

Yunis Quliyev