Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
Belə ki, “Tofaş” və “Opel” markalı maşınların toqquşması zamanı ilə 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
***
Qəza nəticəsində 1989-cu il təvəllüdlü Sənan Dərgahquliyev, onun qızı 2018-ci il təvəllüdlü G.Dərgahquliyeva və bacısı oğlu 2018-ci il təvəllüdlü M.Mehtili həlak olub.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər