Qazaxdakı partlayışda daha bir ev və mağaza dağılıb - Video

qazaxdaki-partlayisda-daha-bir-ev-ve-magaza-dagilib
Oxunma sayı: 1816

Qazaxda evdə baş verən partlayış nəticəsində həmin evlə yanaşı daha bir ev və mağazaya ziyan dəyib.

Bu barədə “Qafqazinfo”ya hadisə şahidi Samir İsmayılov məlumat verib.

“Burada evin yiyəsi olan qız yaşayır. Dedi ki, qazı açdım, o biri otağın qapısını açanda partlayış oldu. Partlayış nəticəsində bizə də ziyan dəyib. Evimiz uçub, demək olar ki, yox vəziyyətindədir. Mağaza da qəzalı haldadır” , - deyə S.İsmayılov bildirib.

Yunis Quliyev