Qazaxıstanda 5.2 maqnitudalı zəlzələ baş verib.
“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, zəlzələnin episentri Almatı şəhərindən 37 kilometr məsafədə yerləşib.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda şəhərdə həyəcan siqnalı işə düşüb.
Yeraltı təkanların 15-30 saniyə davam etdiyi bildirilir. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ Qırğızıstan və Çində də hiss edilib.