Qazaxıstanın Jambıl vilayətində partlayış nəticəsində 4 nəfər həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbaev açıqlama verib.
Onun sözlərinə görə, hərbi hissələrin birinin anbarında baş verən yanğının nəticələrinin aradan qaldırılması zamanı 4 hərbçi ölüb.
Qeyd edək ki, dünən axşam saatlarında Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrin birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib. İlkin məlumatlara görə, anbarda azı 6 partlayış olub. Vilayət administrasiyası insident zamanı 66 nəfərin yaralandığını açıqlayıb.
***
Qazaxıstanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, partlayış və yanğının nəticələrinin aradan qaldırılması zamanı həlak olan hərbçilərin sayı 5-ə çatıb.
***
Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbaev ölkənin hərbi hissələrinin birində baş verən partlayışla bağlı istefa verməyə hazır olduğunu elan edib.
***
Ölkənin Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, partlayış nəticəsində həlak olanların sayı 9-a yüksəlib.