Qəlyan verilən “playstation”ın sahibi məhkəməlik oldu

qelyan-verilen-playstationin-sahibi-mehkemelik-oldu
Oxunma sayı: 1432

Cəlilabad ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

Daxili İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.