“Qərb siyasətçiləri milli maraqlarını siyasi vəziyyətə qurban verirlər” - Rusiya XİN

qerb-siyasetcileri-milli-maraqlarini-siyasi-veziyyete-qurban-verirler
Oxunma sayı: 1137

“Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbi kontingentin göndərilməsi ilə bağlı müzakirələrə başlaması narahatlıq doğurur”.

“Qafqazinfo” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.

Onun sözlərinə görə, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər.

“Görünür, onlar böhranın eskalasiyası və böyüməsi risklərindən xəbərsizdirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejiminə silah ötürməyin ağır nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”.