Havada tozun miqdarı normadan çoxdur

havada-tozun-miqdari-normadan-coxdur
Oxunma sayı: 527

Bakıda və Abşeron yarımadasının atmosfer havasında  tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva “Qafqazinfo”ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır. 

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi  gözlənilir”, - qurum rəsmisi bildirib.