“Qərblə əməkdaşlığımız İrana qarşı deyil” - Paşinyan

qerble-emekdasligimiz-irana-qarsi-deyil
Oxunma sayı: 3469

“İranla münasibətlər təbii mənfəətlər üzərində qurulub və bu da münasibətlərimizə xüsusi xarakter qazandırır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. O, Ermənistanın Brüsellə əməkdaşlığını rəsmi Tehranla münasibətlər hesabına inkişaf etdirmədiyini, bu amildən istifadə edilmədiyini deyib:

“Biz Qərblə əməkdaşlıqda İranla münasibətlərə qarşı olmamışıq, etmirik və etməyəcəyik”, - o əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ermənistan, ABŞ və Aİ-nin Brüssel görüşünü şərh edərkən bildirib ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir. O, iqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığın vacib olduğunu vurğulayıb.