Qərib Məmmədov işsiz qaldı

qerib-memmedov-issiz-qaldi
Oxunma sayı: 8060


Bu situasiyada ictimaiyyəti maraqlandıran məsələ ləğv edilən Komitə sədri Qərib Məmmədovunun  taleyinin necə olacağı  ilə bağlıdır. Xatırladaq ki, Q. Məmmədov 1997- ci ildən bəri sözügedən Komitəyə rəhbərlik edib. Mediada bir neçə dəfə Qərib Məmmədovun iqtidar tərəfindən vurulacağı ilə anonslar da verilmişdi. Onun hakimiyyət düşərgəsində oliqarx məmur hesab olunmadığı qeyd olunurdu.

Maraqlıdır ki, aparılan struktur dəyişikliyi nəticəsində  Qərib Məmmədov Əmlak Məsələləri üzrə Dövlət Komitəsi nəzdində yaradılacaq şöbəyə rəhbərlik edəcək, yoxsa tamamilə işdən azad edilibmi?

 “Qafqazinfo” suala cavab tapmaq üçün Milli Məclisin deputatı Zahid Oruca müraciət edib. Z. Oruc bildirib ki, Komitənin ləğv edilməsi nəticəsində Qərib Məmmədov faktiki olaraq işdən çıxarılıb. Eyni zamanda bunu Komitənin rəhbərliyindən narazılıqla əlaqəli olduğunu düşünmədiyini də dilə gətirib: "Qərib Məmmədov dövlətçiliyə sadiq bir insan kimi, sadə insanlarla arasında hər zaman hörmət yaratmağı bacarmışdı. Parlamentdən vətəndaşların məsələləri ilə bağlı etdiyimiz müraciətlərə hər zaman operativ və həminin, xeyirxah, alicənab bir münasibətin şahidi olmuşduq. O, ictimai rəydə müsbət bir insan kimi xarakterizə olunurdu və həqiqi əqidə sahiblərindən, gerçək heydər əliyevçilərdən biri sayılırdı. Lakin hansısa qurumlar arasında vahid dövlət orqanı yaradılması qərarı Prezidentin kompetensiyasıdır”.

Z.Oruc Komitənin ləğvini struktur islahatlarının tərkib hissəsi kimi dəyərləndirərək buna qədər də funksiyaları yaxın olan dövlət orqanları arasında belə birləşmələrin həyata keçirildiyini qeyd edib: "Əslində vətəndaşların torpaq üzərində hüquqi davranışlarını müəyyənləşdirmək üçün ötən illər ərzində xeyli işlər görülmüşdü. Əslində elektron sistemlərin qurulması və torpaq islahatından sonra yaranan milyonlarla mülkiyyətçinin maraqlarının təmin edilməsi asan məsələ deyildi. Lakin təkrarçılıq hallarını heç kəs inkar edə bilməzdi. O cümlədən, dəfələrlə insanlar bizə müraciət edirdi ki, iki qonşu arasında eskiz layihələrində, kadastr planlarında qeyri-dəqiqlik yarandığı üçün onlar məhkəmələrə müraciət etməli olurlar. Halbuki bütün texniki pasportalşma dövlət qurumlarının vasitəsilə həyata keçirilirdi və yaranmış problemlər də onlar tərəfindən aradan qaldırılmalı idi.

İndi ən əsası Əmlak Komitəsinə verilmiş səlahiyyətlər hesabına yüz minlərlə sənədsiz evləri, onların yerləşdiyi torpaq ərazilərini qanunlaşdırmaq, rəsmiləşdirmək və vətəndaşları real olaraq öz mülkiyyətinin sahibinə çevriməkdir. 400 mindən artıq adam hələ də sadələşmiş bir formada qanuni qaydada mülkiyyətçiyə çevriləcəyi günü gözləyir. İndi Əmlak məsələri üzrə qurum “Asan xidmət” modelində bu işi təşkil etməlidir ki, insanlar öz ölkələrində yad planetli kimi yaşamasın, həmin mülki kredit resursuna çevirə bilsin, yaşadığı yer üzrə qeydiyyata düşsün və onda gerçək xəritəni hazırlayıb onu peyk rabitəsinə vermək mümkün olacaq və hər kəs evini internet resurslarında axtarıb tapa biləcək”.

Millət vəkili qeyd edib ki, bu strukturlaşmanın dünya bazarında neftin qiymətlərinin düşməsi, büdcə vəsaitlərinin məhdud olması ilə heç bir bağlılığı yoxdur:” Büdcədə nəzərdə tutulmuş vəsaitlər Əmlak Komitəsinə yönəldiləcək. Qurumun kadr potensialı saxlanacaq. Ola bilsin ki, məhdud sayda insanlar işlərini itirsinlər. Lakin çalışmaq lazımdır ki, bu da olmasın”.

Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsindən ləğv edilən Komitəyə 4 milyon 128 108 manat vəsait ayrılmışdı.

Günel Türksoy