Qətərdə partlayış - 18 nəfər itkin düşdü - Video

qeterde-partlayis
Oxunma sayı: 1459

Qətərdə qazpaylama stansiyasında partlayış baş verib.

“Qafqazinfo” Qətər Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər itkin düşmüş hesab edilir.

Hadisə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı mərkəzinin yerləşdiyi Ras-Laffan sənaye zonasında istismara buraxılma-sazlama işləri zamanı baş verib.

Qeyd edək ki, müəssisə mart ayında İranın hücumuna məruz qalıb. Stansiya həmin vaxtdan sonra bir neçə ay ərzində, demək olar ki, fəaliyyət göstəyib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.