Bu gün Bakı-Quba yolunun Siyəzənin Beşdam kəndindən keçən hissəsindıə “Mercedes Vito” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.
“Qafqazinfo” məlumatına görə, hadisə nəticəsində “Mercedes Vito” markalı avtobilin sərnişinləri – 34 yaşlı İsmayılova Aygün Eldar qızı, 38 yaşlı Vəliyeva Aygün Vidadi qızı və “Opel” markalı avtomobilin sürücüsünün anası, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı ölüblər.
Qəzada dünyasını dəyişən Aygün İsmayılova və Aygün Vəliyeva Siyəzən rayonunun Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbinin müəllimləridir.
***
Elm və Təhsil Nazirliyi bu gün səhər saatlarında müəllimlərin düşdüyü qəza ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllim qəzaya düşüb. Onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllim isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Nazirlik, həmçinin qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatı ilə bağlı ailələrinə və yaxınlarına başsağlığı verib.
Son xəbərlər
Son Xəbərlər