Qəzaya uğrayan təcili yardım maşını aşdı - Video

qezaya-ugrayan-tecili-yardim-masini-asdi
Oxunma sayı: 5086

Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisindəki işıqforun qarşısında “Hyundai” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən təcili tibbi yardım avtomobili aşıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Qəza yerindən görüntülər sosial mediada yayılıb.

Qeyd edək ki, ötən gün paytaxtın Binəqədi rayonu Adil Məmmədov küçəsində də təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.