Qəzzada atəşkəs uzadıldı - Yenilənib

qezzada-ateskes-uzadildi
Oxunma sayı: 2030

“Qəzzada humanitar atəşkəs uzadıla bilər”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir mənbələri məlumat yayıb.

Bildirilib ki, həm HƏMAS, həm də İsrail döyüşlərin dayandırılması tələblərinə müsbət münasibət bəsləyir, lakin hələlik yekun qərara gəlinməyib.

Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan olunub.

***

İsrail və HƏMAS arasında atəşkəs daha iki gün uzadılıb.

Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qətər dövləti davam edən vasitəçiliyin bir hissəsi olaraq Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir”, - deyə Qətər XİN-dən bildirib.