Leysan, dolu, sulu qar - Xəbərdarlıq

leysan-dolu-sulu-qar
Oxunma sayı: 7118

Mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s olacaq.