Nəsimidə Heydər Əliyevin xatirəsinə həsr edilmiş futbol turniri başa çatdı - Fotolar

nesimide-heyder-eliyevin-xatiresine-hesr-edilmis-futbol-turniri-basa-catdi
Oxunma sayı: 1078

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turniri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbəri, YAP Nəsimi rayon təşkilatının rəhbəri, şəhid ailələri, Vətən müharibəsi əlilləri iştirak edib.

Dövlət himni səsləndirilib, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 3-cü yer uğrunda qarşılaşmada Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komandası ilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komanda üz-üzə gəlib. Görüş Nəsimi rayon 44 günlük Vətən müharibəsi iştirakçılarından ibarət komandanın qələbəsi ilə başa çatıb. 1-ci və 2-ci yer uğrunda qarşılaşma Nəsimi rayon Məhkəməsinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarından ibarət komandanın görüşü keçirilərək, Nəsimi rayon Məhkəməsinin əməkdaşlarından ibarət komanda 2-ci yerə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarından ibarət komanda isə 1-ci yerə sahib olub.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyətinin Başçısı Asif Əsgərov çıxış edərək qalib komandaları təbrik edib. O bildirib ki, Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir: “Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməyib. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.

Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yenilənməsi və idmanımzın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur”.

Qaliblərə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən diplom, medallar və mükafatlar təqdim olunub.