Qırğızıstandakı iğtişaşlarda xəsarət alanların sayı açıqlandı - Yenilənib

qirgizistandaki-igtisaslarda-xesaret-alanlarin-sayi-aciqlandi
Oxunma sayı: 3143

Qırğızıstanın paytaxtı Bişkekdə iğtişaşlar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Onlardan 150-si hospitalizə edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan insanlar etiraz aksiyalarına başlayıb. Onlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında həbsdə olan keçmiş prezident Almazbek Atambayevi, həmçinin Moldovanovka kəndindəki koloniyada həbsdə olan keçmiş Baş Nazir Sapar İsakovu azadlığa buraxıblar. Bundan başqa, Qırğızıstan parlamentinin nümayişçilər tərəfindən zəbt olunmuş binasında yanğın baş verib.

***

Qırğızıstan Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alanlardan 13-ü reanimasiyadadır, daha 1 nəfər dünyasını dəyişib.