Qızı Colinin 7 il əvvəl geyindiyi libasda - Fotolar

qizi-colinin-7-il-evvel-geyindiyi-libasda
Oxunma sayı: 3242

Ötən gün baş tutan “Əbədilər” filminin premyerasına 46 yaşlı amerikalı aktrisa Ancelina Coli beş övladı ilə qatılıb.

“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, Hollivud ulduzu gecədə “Balmain”dən olan libasda görüntülənib.  

Colinin 16 yaşlı qızı Zaharanın geyimi isə aktrisanın fanatlarına çox tanış gəlib. Aktrisanın qızı anasının 2014-cü ildəki obrazını təkrarlayıb. Belə ki, “Elie Saab”dan olan bu libasda Coli keçmiş həyat yoldaşı Bred Pittlə “Oskar” mükafatlandırma mərasiminə qatılmışdı.

Ancelina həmin geyimi qarderobunda saxladığını açıqlayıb.