Türkiyədə “Öyle Bir Geçer Zaman Ki” serialında canlandırdığı “Karolin” obrazı ilə tanınan aktrisa və model Vilma Elles bu dəfə geyimi ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, məşhur aktrisa qatıldığı moda nümayişində xüsusi hazırlanmış, üzərində təxminən 1,5 kiloqram qızıl işlənən libasla podiuma çıxıb.
Libasın hazırlanmasına aylar sərf edildiyi və dəyərinin 10,5 milyon türk lirəsi (təxminən 371 min manat) olduğu bildirilib.
Elles moda nümayişində baş model kimi iştirak edib. Xüsusi dizayn gecənin ən çox diqqət çəkən geyimlərindən biri olub.
Libasın hazırlanmasında xüsusi əl işlərindən də yararlanılıb.
V.Elles modellik fəaliyyətini davam etdirəcəyini bildirib: “Artıq yaş fərq etmir. Özümü əla hiss edirəm”.
Moda nümayişində ümumilikdə 15 fərqli dizayn təqdim olunub. Geyimlərdə ənənəvi əl sənətkarlığı müasir dizayn elementləri ilə birləşdirilib.


Son xəbərlər
Son Xəbərlər