Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Lənkəran rayonunda baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, sentyabrın 14-də 1956-cı il təvəllüdlü Liman şəhər sakini Eyvaz Yusubovun yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Cinayətin tamah məqsədilə Lənkəran rayonu, Liman şəhər sakinləri-1969-cu il təvəllüdlü Vidadi Hüseynovun, tanışları 1987-ci il təvəllüdlü Vüsalə Mirzəyeva və 1988-ci il Emil Quliyev ilə birlikdə qabaqcadan razılığa gəlməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub. V.Hüseynov, V.Mirzəyeva və E.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlk olaraq xərçəng xəstəsi olan E.Yusubovun intihar etdiyi zənn edilsə də, sonradan onun bacısı oğlu Vidadi Hüseynov və onun tanışları tərəfindən öldürüldüyü məlum olub.
Son xəbərlər
Son Xəbərlər