Qreta Fransadakı etirazlara qoşuldu

qreta-fransadaki-etirazlara-qosuldu
Oxunma sayı: 591

İsveçli aktivist Qreta Tunberq Fransada məktəblilərin etirazına qoşulub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 

Onun Sen-Deni şəhərində fəaliyyət göstərən Pol Elüar adına orta məktəbə gəldiyi bildirilir. 

Fransada yuxarı sinif şagirdlərinin və tələbələrin etiraz aksiyalarının mərkəzlərindən biri hesab olunan bu məktəbə 23 yaşlı aktivistdən savayı, təxminən 20 nəfər hüquqşünasın da gəldiyi bildirilir. Mətbuatın məlumatına görə, məqsəd etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında “canlı sipər” yaratmaqdır. 

Qeyd edək ki, Fransada təhsil sistemindəki problemlərə etiraz olaraq keçirilən aksiyalar sentyabr ayının ortalarından davam edir. Təhsil sistemindəki çatışmazlıqlar və bərabərsizliklərə qarşı yönələn aksiyalar qısa zaman ərzində ölkə boyu genişmiqyaslı etirazlara çevrilib, nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalara səbəb olub. Ümumilikdə aksiyalar çərçivəsində minlərlə etirazçı saxlanılıb. Xəsarət alanlar var.