Qubada 86 sürücü narkotikə görə saxlanılıb

qubada-86-surucu-narkotike-gore-saxlanilib
Oxunma sayı: 1811

Qubada son dörd ayda narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Məlumatda deyilir ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı son 4 ay ərzində rayon ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən 86 nəfər müəyyən edilib, onlar hər biri saxlanılıb.

Bütün faktlarla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış xüsusatlar baxılması üçün Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində qanunamüvafiq tədbir görülüb.