Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı salınır - Foto

qubada-turkiye-azerbaycan-qardasliq-parki-salinir
Oxunma sayı: 2501

Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkının tikintisi və layihələndirilməsi işlərinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Park, Quba şəhəri Əliqulu Nərimanov küçəsində inşa olunur. Parkın layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb olunub. 

Parkın eni 24 metr, uzunluğu isə 60 metrdir. Parkda simvolik olaraq, Azərbaycan və Türkiyənin bayraqlarındakı ulduz və ayparalar tikintidə tətbiq olunacaq. 

Emin Gülağaoğlu