Qumbara və tapança ilə saxlanıldı

qumbara-ve-tapanca-ile-saxlanildi
Oxunma sayı: 2269

Bakıda 3 nəfərdən qumbara, tapança və heroin götürülüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi hüquqi maarifləndirmə-profilaktik tədbirlər nəticəsində paytaxtın Mikayıl Müşfiq küçəsində yaşayan, 1971-ci il təvəllüdlü R.Məmmədzadə 2 ədəd alışqanı ilə birlikdə “RQD” markalı əl qumbarası və kustar üsulla hazırlanan atəşə yararlı tapançanı polisə təhvil verib.

Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən 1966-cı il təvəllüdlü R.Hüseynovdan 249 qram heroin götürülüb. O, əvvəllər dələduzluq və mənimsəməyə görə məhkumluq həyatı yaşayıb.

Xətai RPİ 37-ci Polis Bölməsi əməkdaşları tərəfindən 1974-cü il təvəllüdlü N.Nəbizadədən 425 qram heroin, 1,420 qram metanfetamin götürülüb.