Qurban Qurbanov 6 futbolçunu komandadan ayrımasının səbəbini açıqladı

qurban-qurbanov-6-futbolcunu-komandadan-ayrimasinin-sebebini-aciqladi-
Oxunma sayı: 654

Qurban Qurbanov Qol.Az-ın müxbiri ilə söhbətində deyib ki, futbolçuların göndərilməsinə səbəb heyətdə gəncləşdirmə siyasətinin aparılmasıdır: “Bundan sonra heyətimizdə daha çox gənc futbolçulara yer verməyi düşünürük. Bu futbolçular yeni sistemimizə uyğun gəlmədiyi üçün onlarla yollarımızı ayırmağı qərara aldıq. Hər biri ilə söhbət edib, qarşılıqlı razılaşdıq. Əslində bu qərarımız onların da xeyirinə oldu. Çünki bu futbolçuların ehtiyatda oturmalarını biz də istəmirdik”.

“Qarabağ”ın çalışdırıcısı göndərilən futbolçuların yerinə yenilərinin alınacağını da bildirib: “Əlbəttə, gedənlərin yerinə yeniləri alınmalıdır. Hazırda maraqlandığımız futbolçular var. Klubları ilə danışıqlar gedir. Bununla yanaşı, komandanın aşağı yaş qruplarından da əsas heyətə bir neçə futbolçu cəlb edəcəyik. Artıq Ankaraya aparacağımız heyətdə yer alacaq iki yetirməmizin adı məlumdur. Elgiz Kərimli və Kamil Xanıyev Türkiyədəki təlim-məşq toplanışında komandanın düşərgsində olacaq”.