Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı - Video

qurban-qurbanov-esas-komandadan-qovulan-abbas-huseynovdan-danisdi
Oxunma sayı: 4831

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov intizamsızlığa görə əvəzedici komandaya göndərilən Abbas Hüseynovla bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis futbolçuya özünə klub tapmaq lazım olduğunu dediklərini bildirib.

“Özünə hər şey bildirilib. Danışacaq bir şey yoxdur”, - Q.Qurbanov vurğulayıb.