Qurumuş ağaclar götürülür, yerində yeni meşə əkinləri salınacaq - Foto

qurumus-agaclar-goturulur-yerinde-yeni-mese-ekinleri-salinacaq
Oxunma sayı: 2510

Bakı-Ələt-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsinin (284-cü kilometrliyində) sağ və sol tərəflərində əvvəllər əkilmiş Eldar şamı cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyur. 

“Qafqazinfo”nun məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, sözügedən ərazidə ağacların
kütləvi şəkildə qurumasının müşahidə edilməsi ilə bağlı mütəxəssislər tərəfindən yerində araşdırma aparılıb. 

“Aparılan müayinələr nəticəsində məlum olub ki, ərazidə kütləvi şəkildə  ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub. Ağaclar qeydiyyata alınıb, ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların qanunamüvafiq qaydada kəsilərək ərazidən götürülməsinə qərar verilib.

Sonrakı mərhələdə ərazi xəstəlik və ziyanvericilərdən təmizlənəcək, sahə yeni meşə əkininə hazırlanaraq
yerli şəraitə uyğun ağaclar əkiləcək”, - deyə Xidmət rəisi qeyd edib.