Rabitəbank müddəti tamamlanan kartların vaxtını uzadır!

rabitebank-muddeti-tamamlanan-kartlarin-vaxtini-uzadir
Oxunma sayı: 894

Rabitəbank Koronavirusla mübarizədə müştərilərinə dəstəkdir!

“Qafqazinfo” xəbər verir ki, bu istiqamətdə ölkədə aparılan zəruri tədbirləri nəzərə alaraq, cari ilin mart, aprel, may ayından etibarən istifadə müddəti tamamlanan bütün ödəniş kartlarının vaxtı 2020-ci ilin iyul ayına qədər avtomatik uzadılacaqdır. Müştərilər kart vasitəsilə vəsaitlərini nağdlaşdırma ilə yanaşı, alış-verişlərini, həmçinin evdən onlayn sifarişlər nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.

Həmçinin müştərilərə, COVID-19-dan qorunmaq üçün, ödənişlərini nağdsız şəkildə kart vasitəsi ilə və yaxud PayPass stikerlərimizlə həyata keçirmələrini tövsiyə edirik. Bütün bunlarla yanaşı, nağdsız əməliyyatlardan istifadə edən müştərilərimiz supermarketlərdən, yemək sifarişlərini çatdıran şirkətlərdən və digər onlayn sifarişlərdən cashback qazanacaq.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.