Bu gün səhər saatlarında Rusiya ordusu qanadlı raket və pilotsuz uçuş aparatları ilə Ukraynanı atəşə tutub.
“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bütün ölkə ərazisində hava hücumu ilə bağlı xəbərdarlıq edilib.
Paytaxt Kiyevin həm sağ, həm də sol sahilində partlayış səsləri eşidilib.
Şahidlərin TASS-a verdiyi məlumata görə, Kiyevin Julyanı aeroportu yaxınlığında iki güclü partlayış olub. Bildirilib ki, partlayışdan sonra evlərdə bir neçə saniyəlik elektrik enerjisi kəsilib.
Bununla yanaşı, Odessa, Xarkov, Dnepropetrovsk, Krivoy Roq, Sumı, Vinnitsa və Lvovda da partlayışlar qeydə alınıb.
***
Şahidlərin sözlərinə görə, Julyanı aeroportu yaxınlığında daha 3 partlayış baş verib.
***
Ukraynanın milli energetika şirkəti “Ukrenerqo” Rusiya ordusunun hücumlarından sonra ölkə boyu elektrik enerjisinin verilişinin dayandırılması barədə göstəriş verib.
Bununla yanaşı, Ukraynanın Baş naziri Denis Şmıqalın öz teleqramında açıqladığı məlumata görə, Rusiyanın kütləvi hücumu nəticəsində 15 vilayətə ziyan dəyib. O, ölən və yaralananların olduğunu bildirsə də, dəqiq say qeyd olunmayıb.