Ramazan və Qurban bayramlarında neçə gün evdə olacağıq?

ramazan-ve-qurban-bayramlarinda-nece-gun-evde-olacagiq
Oxunma sayı: 10053

Xəbər verdiyimiz kimi, gələn ilin bayram günləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazirin Qərarına əsasən, gələn il martın 30 və 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri kimi müəyyən edilib.

Martın 30 və 31-i ölkəmizdə Ramazan bayramı qeyd olunacaq.

30 mart həftənin bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 1 aprel tarixi də qeyri-iş günü olacaq.

Bununla da, Ramazanda 3 gün - 30 - 31 mart və 1 aprel tarixlərində iş olmayacaq.

Qərara əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Gələn il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.

Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.