Ramin qızları xilas etmək istəyərkən boğulubmuş... - Foto

ramin-qizlari-xilas-etmek-isteyerken-bogulubmus
Oxunma sayı: 6430

Xəbər verdiyimiz kimi, ötən gün Lənkəranda gənc oğlan və yeniyetmə qız dənizdə boğulub.

“Qafqazinfo”nun məlumatına görə, faciəvi şəkildə ölənlər 22 yaşlı Ramin Məmmədzadə və 15 yaşlı Aysu Qəhrəmanzadədir.

Məlumata əsasən, A.Qəhrəmanzadə ilə birgə 20 yaşlı xalası qızı Zeynəb Əliyeva da boğulmaq üzrə olub.

Həmin vaxt dənizdə olan Ramin Məmmədzadə köməyə getsə də, yalnız Zeynəbi xilas edə bilib. R.Məmmədzadə və yeniyetmə Aysun boğularaq ölüblər.

R.Məmmədzadənin idmançı olduğu bildirilir.