Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı Ali Avrasiya İqtisadi Şurasının mayın 29-da Astanada keçirilmiş iclasının yekunları müzakirə olunub”, - məlumatda deyilir.
Putin söhbət zamanı Ermənistan Baş nazirini ad günü münasibətilə də təbrik edib.
Qeyd edək ki, bu gün Paşinyanın 51 yaşı tamam olur.
Son xəbərlər
Son Xəbərlər