Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq

yigmamiz-dunya-kubokunda-ilk-oyununa-cixacaq
Oxunma sayı: 235

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda ilk matçını keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, A qrupunda mübarizə aparan komanda əvvəlcə Madaqaskar millisi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə 19:05-də start götürəcək.

Yığma növbəti görüşünü Niderlanda qarşı keçirəcək. Bu matç isə 22:20-də başlayacaq.

Qeyd edək ki, Dünya Kuboku iyunun 7-də yekunlaşacaq.