Konqoda qayıq qayaya çırpıldı - 11 nəfər öldü

konqoda-qayiq-qayaya-cirpildi
Oxunma sayı: 202

Konqoda balina ovçularının olduğu qayıq qayaya çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Actualite” portalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, 47 nəfər isə xilas edilib.

Qeyd edilib ki, göyərtədə təxminən 150 nəfər olub.

Hadisə nəticəsində ölənlər arasında 10 yaşdan kiçik 3 uşağın da olduğu bildirilir.

Axtarışlar davam edir.