Myanmada dəhşətli partlayış - 6-sı uşaq olmaqla 46 nəfər öldü

myanmada-dehsetli-partlayis
Oxunma sayı: 692

Myanmanın şimal-şərqində dağ-mədən sənayesi üçün nəzərdə tutulan partlayıcı maddələrin saxlanıldığı binada güclü partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, bazar günü axşam saatlarına olan qədər dağıntılar altından 6-sı uşaq olmaqla, ümumilikdə 46 nəfərin meyiti çıxarılıb. Partlayış dalğasının təsirindən xəsarət alan daha 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, partlayışın gücündən yaxınlıqdakı 100-dən çox fərdi yaşayış evinə və tikiliyə ciddi ziyan dəyib, bəziləri isə tamamilə uçub. Hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir, ölü və yaralı sayının artacağı istisna olunmur.