İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artdı

israilin-livana-hucumlari-neticesinde-olenlerin-sayi-artdi
Oxunma sayı: 303

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3371-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun 2 martda başlayan və ölkənin müxtəlif bölgələrini hədəf alan hücumlarında ölənlərin sayı 3371-ə, yaralıların sayı isə 10129-a çatıb.