“Rasputin” hitinin müəllifi vəfat etdi

rasputin-hitinin-muellifi-vefat-etdi
Oxunma sayı: 1868

Alman musiqi prodüseri, “Boney M” qrupunun yaradıcısı və “Rasputin” mahnısının müəllifi, Frank Farian (Frans Reuters) 82 yaşında vəfat edib.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, F.Farian Mayamidəki evində dünyasını dəyişib.

Qeyd edək ki, 2022-ci ildə Farian ürəyi ilə bağlı problem yaşadığını və ona donuz ürəyindən transplantasiya edildiyini bəyan etmişdi.

O, “Rasputin” və “Daddy Cool”, “Marys boy child” kimi sinqlların müəllifidir.