Reabilitasiya olunaraq əlilliyini geridə qoydu - Video

reabilitasiya-olunaraq-elilliyini-geride-qoydu
Oxunma sayı: 369

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində göstərilən reabilitasiya xidmətləri nəticəsində sağlamlığına qovuşan qazilərimizdən biri də Tural Şükürlüdür.

“Qafqazinfo” xəbər verir ki, o artıq reabilitasiya olunaraq əlilliyini geridə qoyub, aktiv həyata qayıdıb. Torpaqlarımızın azad olunması uğrunda şərəfli döyüş yolu keçən qəhrəmanımız bu gün bərbərlik peşəsi ilə əmək fəaliyyətini davam etdirir.

Milli Abilimpiya Federasiyasının təşkilatçılığı ilə keçirilən bərbərlik yarışında birinci yerə layiq görülən Tural sosial xidmət müəssisələrinin azyaşlı və ahıl sakinlərinə ödənişsiz saç kəsimi xidməti də göstərir.

O, uğur hekayəsini DOST TV ilə bölüşüb.

Daha ətraflı videoda: