“Liverpul”un baş məşqçisi Arne Slot ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Qalatasaray” üzərindəki 4:0 hesablı qələbədən danışıb.
“Qafqazinfo” xəbər verir ki, komandasının möhtəşəm oynadığını deyən təcrübəli mütəxəssis İstanbul klubunun oyunçularını matçın tempini aşağı salmaqda günahlandırıb:
“Biz möhtəşəm oynadıq, amma təkcə futbolçular deyil, azarkeşlərimiz də mükəmməl idi. Əvvəldən hiss olunurdu ki, rəqib oyunda fasilələri artıraraq stadiondakı enerjini aşağı salmağa çalışacaq. Yəni oyunun tempini öldürmək üçün topun oyunda qalma vaxtını azaltmaq istəyirdilər. Azarkeşlərimiz buna çox yaxşı reaksiya verdi, oyunçularımız isə dayanmadı. Azarkeşlərlə oyunçular arasında əla bir dinamika var idi və bu, demək olar ki, bizim üçün mükəmməl oyun oldu”.
Qeyd edək ki, “Liverpul”un 1/4 finaldakı rəqibi PSJ olacaq.
Son xəbərlər
Son Xəbərlər