“Rəqib pis oyun sərgiləmir”

reqib-pis-oyun-sergilemir
Oxunma sayı: 651

Şimali İrlandiya millisinin baş məşqçisi Mayk O Nil BBC-yə danışıb. “Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı iyunun 10-da keçirəcəyi qarşılaşma haqqında fikirlərini açıqlayıb:

“Azərbaycanla çox vacib qarşılaşmaya çıxacağıq. Rəqibin qrupda heç də pis oyun sərgiləmədiyini görünür. Buna sübut kimi onların yığıdığı xalları göstərmək olar. Aramızda cəmi 3 xal fərqi var. Bakıda 3 xal qazansaq, bu böyük avantaj olacaq".

Rəqibinin çalışdırıcısı onu da bildirib ki, Azərbaycanla qarşılaşmadan sonra olacaq Almaniya və San Marino ilə matçlara daha rahat yollanmaq üçün Bakı səfərindən 3 xalla dönməlidirlər: "Dediyim kimi bizim üçün böyük əhəmiyyət kəsb edən qarşılaşmadı və həmçinin qrupun taleyi üçün də önəmlidi”.