Rəşad Sadıqovun 200-cü oyunu

resad-sadiqovun-200-cu-oyunu
Oxunma sayı: 380

Misli Premyer Liqasının 3-cü turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, klub onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb.

Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.

2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu matçlarda 247 qol vuran “Zirə” 187-ni buraxıb.

Qeyd edək ki, R.Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-ü “Qəbələ” ilə səfər görüşündə (1:1) reallaşıb.