Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış məşqçi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı məlumat yayıb.
XİN-in Mətbuat katibi Ayxan Hacızadə “Qafqazinfo”ya bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.
Onun sözlərinə görə, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir: “Əlavə məlumat olarsa, bildiriləcək”.
Xəbəri rus dilində oxuyun: Появились кадры задержания Кямиля Зейналлы - ВИДЕО
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini açıqlayıb.