Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar

respublika-pediatriya-merkezi-yaradildi
Oxunma sayı: 8284

TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır.

TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub.

Belə ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib.

İcraçı direktor Vüqar Qurbanov 18 aprel 2024-cü il tarixində yeni təyin olunmuş Azər Əhmədovu kollektivə təqdim edib.

Məlumat üçün bildirək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.