TƏBİB yeni ana olmuş qadın və körpəsinin ölümünün səbəbini açıqladı - Yenilənib

tebib-yeni-ana-olmus-qadin-ve-korpesinin-olumunun-sebebini-aciqladi
Oxunma sayı: 9243

Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüb.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib. Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza

Həmçinin oxuyun: “Беременную жену и дочку убил дьявол, а не я” - Фото

***

TƏBİB Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsinin ölümü ilə bağlı açıqlama verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü qadın xəstəxanaya 02.10.2022-ci il tarixdə saat 04:04-də "40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi)" diaqnozu ilə daxil olub.

02.10.2022-ci il tarixdə saat 10:40-da cinsi qız, çəkisi 2900q (qram), boyu 49 sm (santımetr) bir diri döl dünyaya gətirib. Ananın saat 15:15-də "kəskin ağciyər, ürək-damar çatışmazlığı" diaqnozi ilə, yenidoğulmuşun saat 11:55-də "ağır asfiksiya, mekonial aspirasiya" diaqnozu ilə bioloji ölümü baş verib.