Tərtər rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili ilə Ağdam-Mingəçevir marşrutu üzrə hərəkətdə olan “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə, mikroavtobusda olan 5 sərnişin xəsarət alıb. Yaralılar Ağdam Təcili Tibbi Yardım bölməsinin əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Tərtərdə minik avtomobili ilə mikroavtobus toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.
Belə ki, baş vermiş qəza zamanı xəsarət alan mikroavtobusda olan sərnişinlər 1988-ci il təvəllüdlü Abbasov Zeynalabdin Zəfər oğlu, 1982-ci il təvəllüdlü Nəbiyeva İlahə, 1980-ci il təvəllüdlü Qasımova Aygün Elxan qızı və 1981-ci il təvəllüdlü Hüseynov İsa Rafiq oğludur.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər