“Müasir dövrdə əsas suallardan biri süni intellektlə hakim arasındakı münasibətlərin hansı həddə qədər inkişaf edə biləcəyidir. Bu, təkcə ölkəmizdə deyil, beynəlxalq forumlarda da müzakirə olunan mövzulardan biridir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov APA və ATV-yə birgə müsahibəsində deyib.
“Əlbəttə ki, süni intellekt hakim üçün köməkçidir, heç bir halda onu əvəz edə bilməz. Yeri gəlmişkən, mən süni intellektin özündən soruşdum: “Sən hakimi əvəz edə bilərsən?” Cavabı belə oldu: “Bu, mənim bacaracağım iş deyil, yaxşı olar ki, bu işi hakim görsün”. Çünki süni intellektdən fərqli olaraq, hakimin fəaliyyəti təkcə qanunların tətbiqi ilə məhdudlaşmır. Burada süni intellektdə mövcud olmayan ədalət və vicdan hissi də var. Bunların hamısı insana xas amillərdir.
Amma cavabında “hələ ki” ifadəsini də işlətdi. İndi bu “hələ ki”nin nə demək olduğunu, yəqin ki, zaman göstərəcək”, - deyə o vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər