Tanınmış sambo ustası Rəsul Mirzəyev hücuma məruz qalıb.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, hadisə Moskvada Vostoçnaya küçəsində baş verib. Məlumata görə, 3 naməlum şəxs idmançını döyüb daha sonra travmatik silahla yaralayıb. Yaralı Mirzəyev xəstəxanaya yerləşdirilib.
Polisin verdiyi xəbərə görə, hadisəni törədən şəxslər qaçıblar. Onların axtarışı davam edir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər